Dünya

İranın bir neçə şəhərində partlayışlar baş verib

09 Jul 2026, 23:36 34 baxış
İranın bir neçə şəhərində partlayışlar baş verib
İranın Künarək, Buşəhr və Çoqadaq şəhərlərində bir neçə partlayış baş verib. Oxu.Az bu barədə "Mehr" agentliyinə istinadən xəbər verir. Məlumata əsasən, ölkənin cənub-şərqində yerləşən Künarək liman şəhərində üç partlayış səsi eşidilib. Daha iki partlayış isə İranın cənub-qərbindəki Buşəhr ətrafında və onun yaxınlığındakı Çoqadaq şəhərində baş verib. Mümkün dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat verilmir.
Mənbə oxu.az

Oxşar Xəbərlər