Digər
Ukrayna ABŞ-dan zenit raketləri alacaq - Zelenski
Yaxın günlərdə ABŞ Ukraynaya PAC-3 zenit raketləri tədarük edəcək.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərin sualını cavablandırarkən deyib.
"Yaxın günlərdə biz ABŞ-dən bir partiya alacağıq, eyni zamanda mənim avropalılarla ayrıca razılaşmalarım olub (Ankarada keçirilən NATO sammiti çərçivəsində - red.). Orada hələlik konkret müddətlər yoxdur, lakin əlavə PAC-3-lər olacaq", – Ukrayna lideri bildirib.
Mənbə
axar.az