Digər
İranda ardıcıl partlayışlar baş verdi
İranın Kunarək, Buşehr və Çoqadak şəhərində bir neçə partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilib ki, ölkənin cənub-şərqindəki Kunarək liman şəhərində üç partlayış eşidilib. Daha iki partlayış Buşehr ətrafında və Çoqadak şəhərində baş verib.
Mümkün dağıntı və ya tələfat barədə informasiya yoxdur.
Mənbə
axar.az