İdman

İngiltərə millisinin futbolçusu iki oyunluq diskvalifikasiya olundu

09 Jul 2026, 21:40 24 baxış
İngiltərə millisinin futbolçusu iki oyunluq diskvalifikasiya olundu
İngiltərə millisinin müdafiəçisi Carell Kuansa futbol üzrə 2026-cı il dünya çempionatında Meksika yığmasına qarşı 1/8 final oyununda aldığı qırmızı vərəqəyə görə iki oyunluq diskvalifikasiya olunub. Oxu.Az xəbər verir ki bu barədə jurnalist Rob Harris "X" sosial şəbəkə hesabında bildirib. Kuansa Meksika ilə matçın (3:2) 54-cü dəqiqəsində kobud qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmuşdu. İngiltərə millisinin müdafiəçisi iyulun 12-nə keçən gecə Norveç yığmasına qarşı keçiriləcək 1/4 final qarşılaşmasını buraxacaq. İngilislər növbəti mərhələyə yüksələcəyi təqdirdə də futbolçu yarımfinal oyununda iştirak edə bilməyəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər