Kriminal

Bakıda gənclərin üzərinə ağac aşdı - VİDEO - FOTO

09 Jul 2026, 20:48 2 baxış
Bakıda gənclərin üzərinə ağac aşdı - VİDEO - FOTO
Bakının Yasamal rayonunda skamyada oturan gənclərin üzərinə ağac aşıb. Oxu.Az Baku.ws-ə istinadla xəbər verir ki, hadisə ötən gün saat 22 radələrində Hüseyn Cavid prospektində yerləşən Elmlər Akademiyası parkında baş verib. Hadisə nəticəsində gənclərdən biri yüngül xəsarət alıb.

Xatırladaq ki, son bir neçə gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilmişdi. Güclü külək nəticəsində paytaxtda iki ağacın aşdığı bildirilirdi. Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi (BŞYTB) məlumat yaymışdı.
{{gallery}}
Bakıda gənclərin üzərinə ağac aşdı - VİDEO - FOTO Bakıda gənclərin üzərinə ağac aşdı - VİDEO - FOTO Bakıda gənclərin üzərinə ağac aşdı - VİDEO - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər