İqtisadiyyat
Publik hüquqi şəxslərdə bəzi vəzifələr dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılıb - QƏRAR
"Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərdə mövcud olan vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı təsdiqlənib. Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarda qeyd olunub ki, tabeliyi olmayan publik hüquqi şəxslərdə, eləcə də dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərdə qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı və ixtisas dərəcəsi olmayan fəhlə vəzifələrində çalışan işçilərin aylıq vəzifə maaşları müvafiq olaraq "Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında" Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarının 2-ci hissəsi ilə müəyyən edilmiş 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında həmin vəzifələr üzrə aylıq vəzifə maaşı məbləğində, dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərin tabeliyində olan publik hüquqi şəxslərdə eyniadlı vəzifələrdə çalışan işçilərin aylıq vəzifə maaşları isə 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında həmin vəzifələr üzrə aylıq vəzifə maaşı məbləğində müəyyən olunur.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər