Dünya
İranın keçmiş ali rəhbəri Əli Xameneinin Məşhəddəki dəfn mərasimi başlayıb - VİDEO
İranın keçmiş ali rəhbəri Əli Xamenei ilə vidalaşma mərasimi onun doğulduğu Məşhəd şəhərində başlanıb. Oxu.Az xəbər verir ki, İRNA-nın təqdim etdiyi məlumata əsasən, matəm iştirakçılarının yürüşü İmam Rza türbəsi istiqamətində bir neçə kilometr məsafəyə qədər uzanıb.
Mərasimə ölkə daxilindən və xaricdən çox sayda rəsmi şəxs, din xadimi və vətəndaş qatılıb. Bununla da iyulun 4-dən etibarən Tehran və Qum şəhərlərində, eləcə də İraqın müsəlmanlar üçün müqəddəs sayılan Nəcəf və Kərbəla şəhərlərində təşkil olunan anım və matəm mərasimləri yekunlaşır. Qeyd edək ki, İranın keçmiş ali rəhbəri Əli Xamenei bu ilin fevralın 28-də ABŞ və İsrailin endirdiyi zərbələr nəticəsində həyatını itirib.

Mənbə
oxu.az
Oxşar Xəbərlər