Dünya
Çində dəhşətli yanğın: Ölkə lideri bütün qüvvələrin səfərbər olunması barədə göstəriş verdi - VİDEO
Çinin Futszyan əyalətinin Tszintszyan şəhərində yerləşən ayaqqabı fabrikində dəhşətli yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Tayvanın CNA agentliyi Çinin dövlət mediasına istinadən məlumat yayıb.
Hadisə iyulun 9-da günorta saatlarında "Huiteng" müəssisəsinin istehsal sexlərində qeydə alınıb. İnternetdə yayılan kadrlarda binanın üstündə qatı qara tüstü dumanının qalxdığı və yanğınsöndürənlərin alovla mübarizə apardığı görünür. İlkin yoxlamalar zamanı məlum olub ki, yanğının mərkəzi istehsalat binasının birinci mərtəbəsində yerləşib. Rəsmi qurumlar hələlik ölənlərin və xəsarət alanların dəqiq sayını açıqlamır. Çin lideri Si Cinpin baş vermiş yanğın hadisəsinə xüsusi diqqət ayıraraq, təxirəsalınmaz tədbirlərin görülməsi barədə göstəriş verib. "İnsanların axtarışı və xilas edilməsi, hadisənin nəticələrinin aradan qaldırılması üçün bütün qüvvələr səfərbər olunmalı, hadisənin səbəbləri ən qısa müddətdə müəyyənləşdirilməli və təqsirkarlar sərt şəkildə cəzalandırılmalıdırlar", - deyə Cinpin bildirib.

Mənbə
oxu.az
Oxşar Xəbərlər