İdman

DÇ-2026: İngiltərə - Norveç matçı təxirə salına bilər

09 Jul 2026, 16:02 29 baxış
DÇ-2026: İngiltərə - Norveç matçı təxirə salına bilər

Futbol üzrə dünya çempionatının (DÇ-2026) 1/4 final mərhələsi çərçivəsində baş tutacaq İngiltərə və Norveç yığmaları arasındakı qarşılaşma əlverişsiz hava şəraiti səbəbindən başqa vaxta keçirilə bilər.


Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.


Sözügedən oyunun iyulun 12-də Mayamidə yerləşən "Hard Rok" stadionunda keçirilməsi planlaşdırılıb. Matçın Bakı vaxtı ilə saat 01:00-da başlaması nəzərdə tutulub.


Bu həftəsonu Mayamidə havanın hərarətinin 34°C-yə çatacağı və şimşək çaxacağı gözlənilir. Yüksək rütubət səbəbindən, sinoptiklərin proqnozlarına görə, oyunun başlanğıcında havanın temperaturu təxminən 43°C kimi hiss olunacaq.


Qeyd edək ki, DÇ-2026 ABŞ, Meksika və Kanadada keçirilir. Turnir iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər