Kriminal

Balakən və Ağstafada subasmanın fəsadları aradan qaldırılır - VİDEO

09 Jul 2026, 15:44 2 baxış
Balakən və Ağstafada subasmanın fəsadları aradan qaldırılır - VİDEO
Balakən və Ağstafa rayonlarının bir sıra yaşayış məntəqələrində intensiv yağan yağışlar nəticəsində yaranan fəsadların aradan qaldırılması - ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən fasiləsiz olaraq davam etdirilir. Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, əməliyyatlara FHN-in Şimal-qərb Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunublar.
Mənbə oxu.az

Oxşar Xəbərlər