Cəmiyyət

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

09 Jul 2026, 14:20 23 baxış
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
İyulun 10-da Biləsuvar və Masallı rayonlarının bir neçə yaşayış məntəqəsində qazın verilişində fasilə yaranacaq. Bu barədə Oxu.Az-a Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib. Bildirilib ki, buna səbəb ​təmir-bərpa və payız-qış mövsümünə hazırlıq işləridir. Belə ki, sabah saat 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Ovçubərə, Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Dərvişli, Aşağı Cürəli, Əsgərəbad və Masallı rayonunun Bədalan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər