Dünya

ABŞ-da sərnişin avtobusu binaya çırpıldı: Xeyli yaralı var - VİDEO

09 Jul 2026, 13:56 22 baxış
ABŞ-da sərnişin avtobusu binaya çırpıldı: Xeyli yaralı var - VİDEO
ABŞ-nin Merilend ştatının Payksvill şəhərində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı məlumatı ABC telekanalı yayıb. Yerli hüquq-mühafizə orqanlarının açıqlamasına görə, sərnişin avtobusu küçələrin birində binaya çırpılıb. Qəza zamanı yeddi maşına da ziyan dəyib. İnsident zamanı ümumilikdə 28 şəxs yaralanıb, onlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Hazırda hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər