Dünya

"Zəngəzur" neft tankeri Britaniyanın sanksiyalar siyahısından çıxarıldı - FOTO

09 Jul 2026, 12:08 13 baxış
"Zəngəzur" neft tankeri Britaniyanın sanksiyalar siyahısından çıxarıldı - FOTO
Böyük Britaniya iyulun 7-də Rusiyaya qarşı sanksiyalar siyahısını yeniləyib. Oxu.Az xəbər verir ki, bu barədə məlumat krallığın rəsmi saytında dərc edilib. Yenilənən sənədə əsasən, "Zangazur" ("Zəngəzur" - red.) adlı neft tankeri artıq Böyük Britaniyanın sanksiyalar siyahısında yer almır. "Ləğv rəsmi qərar qəbuletmə prosesindən sonra siyahıdan çıxarılmadır. Aşağıdakı qeyd ləğv edilib və artıq sadalanan sanksiyalara məruz qalmır", - deyə mətndə qeyd olunub. Bildirilib ki, tanker əvvəllər Rusiya mənşəli neft və neft məhsullarını sözügedən dövlətdən üçüncü ölkələrə daşıdığı üçün sanksiya siyahısına daxil edilmişdi. Xatırladaq ki, "Zəngəzur" 2010-cu ildə inşa edilib və çəkisi 60 379 tondur. Gəmi hazırda Azərbaycan bayrağı altında üzür.
{{gallery}}
"Zəngəzur" neft tankeri Britaniyanın sanksiyalar siyahısından çıxarıldı - FOTO "Zəngəzur" neft tankeri Britaniyanın sanksiyalar siyahısından çıxarıldı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər