İqtisadiyyat

Qlobal bazarlarda neft bahalaşır

09 Jul 2026, 11:16 26 baxış
Qlobal bazarlarda neft bahalaşır
Yaxın Şərqdə münaqişənin yenidən kəskinləşməsi fonunda neftin bahalaşması müşahidə olunur. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:14-də Londonun ICE birjasında sentyabr ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 0.76 dollar (0.97%) artaraq bir barel üçün 78.78 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent"in qiyməti 3.86 dollar (5.20%) artaraq bir barel üçün 78.02 dollar təşkil etmişdi. Nyu-York Ticarət Birjasında (NYMEX) avqust ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin dəyəri 0.71 dollar (0.97%) artaraq bir barel üçün 74.23 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 3.08 dollar (4.37%) artaraq bir barel üçün 73.52 dollara satılmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər