Digər

ABŞ-ın hücumları bir ay çəkə bilər - Axios

09 Jul 2026, 11:35 20 baxış
ABŞ-ın hücumları bir ay çəkə bilər - Axios

ABŞ rəsmiləri İran ərazisinə yeni hücum dalğasının və Tehranın cavab hücumlarının bir aya qədər davam edə biləcəyini bildiriblər.


Axar.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.


Vaşinqton hesab edir ki, hücumların müddəti və miqyası Tehranın növbəti addımlarından asılı olacaq.


“Onlar (iranlılar) bizim zarafat etmədiyimizi başa düşsünlər", - deyə rəsmi qeyd edib.


Xatırladaq ki, ABŞ iki gündür ardıcıl olaraq İran ərazisinə zərbələr endirir.

Mənbə axar.az

Oxşar Xəbərlər