Digər
İranşəhrdə hava limanı və SEPAH qərargahı vuruldu
ABŞ-ın son hücumları zamanı Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərinin hava limanı və SEPAH qərargahı vurulub.
Axar.az xəbər verir ki, bu barədə Bəlucistan İnsan Hüquqlarını Sənədləşdirmə Şəbəkəsi məlumat yayıb.
Qeyd olunan hədəflərə zərbələrdən sonra bir neçə güclü partlayışın olduğu, hadisə yerinə çox sayda yanğınsöndürən texnika və ambulansların cəlb olunduğu bildirilib.
İnsan tələfatı barədə hələlik məlumat verilməyib.
Mənbə
axar.az