Kriminal
Bakıda 88 yaşlı qadın evində ölü tapıldı
Bakıda 88 yaşlı qadın evində ölü tapılıb. Oxu.Az-ın məlumatına görə, hadisə iyulun 8-də saat 15 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsində baş verib. Qəsəbə sakini 1938-ci il təvəllüdlü Raisa Takayevanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə tapılıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az