Digər

Zərbə endirsəniz, zərbə alacaqsınız - Qalibaf

09 Jul 2026, 10:19 20 baxış
Zərbə endirsəniz, zərbə alacaqsınız - Qalibaf

ABŞ hələ də zorakılığın və vədləri pozmağın qarşılıqsız olmadığını öyrənməyib. Açıq şəkildə deyim: zərbə endirsəniz, zərbə alacaqsınız.


Axar.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf özünün X səhifəsində yazıb.


“Mənasız yerə çırpınmayın, əks halda daha da dərinə batacaqsınız. Hörmüz boğazı yalnız "İran razılaşmaları" ilə açılacaq, Amerika təhdidləri ilə yox”, - o bildirib.


Qeyd edək ki, ABŞ iki gündür ardıcıl İranda hədəflərə zərbələr endirir. Bu gecə 90 hədəf vurulub.

Mənbə axar.az

Oxşar Xəbərlər