Cəmiyyət
Boşanmadan aliment almaq mümkündür - Qanun nə deyir? - VİDEO
Azərbaycanda boşanma zamanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment valideynin rəsmi qazancından faiz dərəcəsi ilə və ya ölkə üzrə müəyyən edilən yaşayış minimumu səviyyəsində sabit məbləğlə hesablanır. Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu boşanmadan aliment almaq hüquqi ilə bağlıdır.
Ər-arvadın rəsmi nikahda olması valideynin uşağı saxlamaq vəzifəsini aradan qaldırmır. Əgər valideyn uşağın saxlanılmasında iştirak etmirsə, digər valideyn nikah pozulmadan da məhkəməyə müraciət edərək uşaq üçün aliment tələb edə bilər. Ailə Məcəlləsinin müvafiq maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, onlar üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Yəni boşanma aliment tələb etmək üçün məcburi şərt deyil. Bundan başqa, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Əgər tərəflər arasında aliment ödənilməsi barədə saziş yoxdursa və onlardan biri maddi kömək göstərməkdən imtina edirsə, aşağıdakı şəxslər məhkəmə qaydasında aliment tələb etmək hüququna malikdirlər: - Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; - Əlilliyi olan ümumi uşağa və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi övlada qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad). - Nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); - Ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad).

Mənbə
oxu.az