Digər

ABŞ-ın zərbələri nəticəsində ölən iranlı hərbçilərin sayı...

08 Jul 2026, 23:27 2 baxış
ABŞ-ın zərbələri nəticəsində ölən iranlı hərbçilərin sayı...

İyulun 8-nə keçən gecə ABŞ-ın İranın cənub bölgələrinə endirdiyi zərbələr nəticəsində səkkiz iranlı hərbçi həlak olub.


Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə İran ordusu bəyanat yayıb.


"ABŞ-ın İranın cənub bölgələrinə qarşı bu səhər törətdiyi cinayətkar təcavüz nəticəsində Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin 8 hərbçisi Bəndər-Abbas və Buşəhrdə həlak olub", - deyə bəyanatda vurğulanır.


İran ordusu bu zərbələrə görə ABŞ-dan qisas alacağını bəyan edib.


Qeyd edək ki, iyulun 8-də Ağ Ev tərəflər arasında baş verən zərbə mübadiləsindən sonra ABŞ və İran arasında atəşkəs rejiminin artıq qüvvədə olmadığını açıqlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər