Rusiyaya hücum iddiasına Qazaxıstandan cavab
Qazaxıstan Xarici İşlər Nazirliyi bəzi media qurumlarında yer alan və Rusiyadakı obyektlərə hücumlar zamanı istifadə olunan pilotsuz uçuş aparatlarının guya Qazaxıstan ərazisindən buraxıla biləcəyinə dair yayılan məlumatları təkzib edib.
Axar.az xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Qeyd olunan iddialar həqiqətəuyğun deyil və heç bir məlumat və ya faktla təsdiqlənmir”, - XİN qeyd edib.
Nazirlikdən vurğulanıb ki, Qazaxıstan ardıcıl olaraq sülhsevər xarici siyasət yürüdür, beynəlxalq hüquq normalarına ciddi riayət edir və ölkənin ərazisi, hava məkanı, habelə infrastrukturunun digər dövlətlərə qarşı yönələn fəaliyyətlər üçün istifadə oluna bilməyəcəyi prinsipini əsas tutur. Qazaxıstan XİN media nümayəndələrini yalnız yoxlanılmış faktlara əsaslanmağa çağırıb.