Kriminal
Ağdamda açıq ərazidəki yanğın söndürülüb - FOTO
Ağdam rayonu, Xıdırlı kəndində açıq ərazidə baş verən yanğın söndürülüb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Aygün Mirakif Ağdam rayonunda açıq ərazidə yanğın hadisəsi başlayıb. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Xıdırlı kəndində qeydə alınıb. Küləkli hava şəraiti ilə əlaqədar yanğın qısa müddətdə geniş əraziyə yayılıb. Yanğın artıq 10 hektardan çox ərazini əhatə edir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib, yanğının söndürülməsi və alovun daha geniş ərazilərə yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər görülür.
Mənbə
oxu.az