İqtisadiyyat
"Azərişıq" 10 milyon manata yaxın məbləğdə tender elan etdi
"Azərişıq" ASC dövlət əhəmiyyətli obyektlərin elektrik təchizatının dayanıqlığının və etibarlılığının artırılması məqsədilə 100 və 200 nömrəli transformator məntəqələrinin yenidən qurulması ilə bağlı açıq tender elan edib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 9 milyon 955 min 558 manat 86 qəpikdir. Müvafiq sənədə əsasən, satınalma dövlət əhəmiyyətli obyektlərin elektrik təchizatının dayanıqlığının və etibarlılığının artırılması məqsədilə 100 və 200 nömrəli transformator məntəqələrinin yenidən qurulmasını əhatə edir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər