Kriminal

Bakıda ağır qəza: Hərbçi öldü - VİDEO

08 Jul 2026, 11:08 23 baxış
Bakıda ağır qəza: Hərbçi öldü - VİDEO
Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, avtoqəza ötən gün axşam saatlarında rayonun Ziya Bünyadov prospektində qeydə alınıb.

Ceyhun Rasim oğlu Məmmədli idarə etdiyi "Mercedes" markalı 99-VB-494 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Anar Nurəddin oğlu Qəribovun idarə etdiyi 10-XP-729 dövlət nömrə nişanlı "Tofaş" və Şadman Faiq oğu Əsgərzadənin idarə etdiyi 90-XV-763 nömrəli "Mitsubishi" markalı maşınlarla toqquşub. Hadisə nəticəsində Ş.Əsgərzadə dünyasını dəyişib. Məlumata görə, həyatını itirən Ş.Əsgərzadə hərbi qulluqçu olub. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər