Dünya
Çində torpaq sürüşməsi xeyli insanın ölümünə səbəb oldu
Çinin şimal-qərbində baş verən torpaq sürüşməsində 21 nəfər həyatını itirib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Sinxua" agentliyi məlumat verib. Hadisə iyulun 7-də səhər Qansu əyalətinin Lunnan şəhər dairəsinin Nanhe qəsəbəsində baş verib. 33 nəfər dağıntılar altında qalıb. İyulun 8-də səhərə qədər onların hamısı aşkarlanıb. Artıq axtarış-xilasetmə işləri yekunlaşıb. Yeddi nəfər yüngül xəsarətlər alıb, beş nəfər isə yaralanmayıb. Digər şəxslər isə ölü tapılıblar.
Mənbə
oxu.az