İqtisadiyyat

Yaxın Şərqdəki gərginlik fonunda NEFT BAHALAŞDI

08 Jul 2026, 10:28 25 baxış
Yaxın Şərqdəki gərginlik fonunda NEFT BAHALAŞDI
Yaxın Şərqdə münaqişənin yenidən kəskinləşməsi fonunda neftin bahalaşması müşahidə olunub. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:15-də Londonun ICE birjasında sentyabr ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 2.13 dollar (2.87%) artaraq bir barel üçün 76.29 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent"in qiyməti 2.17 dollar (3.01%) bahalaşaraq bir barel üçün 74.16 dollar təşkil etmişdi. Nyu-York Ticarət Birjasında (NYMEX) avqust ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin dəyəri 2.06 dollar (2.92%) artaraq bir barel üçün 72.5 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 1.89 dollar (2.76%) artaraq bir barel üçün 70.44 dollara satılmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər