Kriminal

Sel suları Balakəndə fəsadlar törətdi, həyətləri su basdı - VİDEO

08 Jul 2026, 10:52 23 baxış
Sel suları Balakəndə fəsadlar törətdi, həyətləri su basdı - VİDEO
Aramsız yağışlar Balakən rayonuna ciddi ziyan vurub. Oxu.Az-ın məlumatına görə, dünən axşamdan yağan aramsız yağış nəticəsində rayonun bəzi kəndlərini sel suları basıb. Hadisə nəticəsində rayon ərazisindən keçən Katex çayının daşması nəticəsində İtitala, Kortala, Püstətala, Qabaqçöl kəndləri, Katex və Çöl qəsəbələrində və digər yaşayış məntəqələrində həyətyanı sahələrə sel suları dolub. Hazırda rayon ərazisində aramsız yağışlar davam edir. Əraziyə rayon Fövqəladə Hallar Komissiyası və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunublar, dəymiş ziyanın müəyyən edilməsi istiqamətində iş gedir.
Mənbə oxu.az

Oxşar Xəbərlər