Dünya

Çində güclü zəlzələlər baş verdi

08 Jul 2026, 09:08 22 baxış
Çində güclü zəlzələlər baş verdi
Çin seysmoloqları ölkənin cənub-qərbində yerləşən Sıçuan əyalətində 5 maqnitudalı zəlzələ qeydə alıblar. Oxu.Az xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri İbin şəhər dairəsinin Qao qəzasında, ocağı isə 8 kilometr dərinlikdə yerləşib. Əhalisinin sayı 4.6 milyondan çox olan İbin dairəsində dağıntılar və ya xəsarət alanlar barədə hələlik heç bir məlumat daxil olmayıb. Bir müddət sonra mərkəz eyni qəzada yenidən 5 maqnitudalı ikinci zəlzələnin baş verdiyini açıqlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər