Kriminal
Ağdərədə mikroavtobus dərəyə aşdı: Xəsarət alanlar var
Ağdərədə fəhlələri daşıyan mikroavtobus dərəyə aşıb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndi ərazisində qeydə alınıb. İlkin məlumatlara görə, qəza zamanı 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Mikroavtobusun şirkətlərdən birində çalışan işçiləri daşıdığı qeyd olunur. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az