Dünya

Çində daşqınlar: Yüzlərlə zəhərli ilan fermadan qaçdı

08 Jul 2026, 06:04 31 baxış
Çində daşqınlar: Yüzlərlə zəhərli ilan fermadan qaçdı
Çinin Hençjou şəhərində daşqınlar səbəbindən yüzlərlə zəhərli ilan fermadan qaçıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Sohu" nəşri məlumat verib. Qeyd olunub ki, yaxınlıqda yerləşən Denvey kəndində ilanlardan biri yerli sakini sancıb. "Bizim ilkin hesablamalarımıza görə, 800-900 ilan qaçıb. Hazırda bir kənd sakini xəsarət alıb və xəstəxanada təcili yardım alır", - deyə yerli kənd şurasının rəhbəri bildirib. O, həmçinin qeyd edib ki, bu ilanları hamısı zəhərli olmayıb, sürünənlərin yalnız bir hissəsi insanlar üçün təhlükə yaradır.
Mənbə oxu.az

Oxşar Xəbərlər