İdman

DÇ-2026: İsveçrə millisi sonuncu 1/4 finalçı oldu

08 Jul 2026, 02:52 22 baxış
DÇ-2026: İsveçrə millisi sonuncu 1/4 finalçı oldu
Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) 1/8 final mərhələsi yekunlaşıb. Oxu.Az xəbər verir ki, mərhələnin sonuncu görüşü İsveçrə - Kolumbiya qarşılaşması olub. Kanadanın Vankuver şəhərində baş tutan oyunun əsas vaxtında qol səsi eşidilməyib - 0:0. Əlavə vaxtda da hesab dəyişmədiyinə görə qalibi müəyyənləşdirmək üçün penalti seriyasına keçilib. Penalti zərbələrini daha dəqiq yetirən (4:3) isveçrəli futbolçular 1/4 final mərhələsinə çıxaraq Argentina yığmasına rəqib olublar. Qeyd edək ki, 1/4 final mərhələsində, həmçinin Fransa - Mərakeş, İspaniya - Belçika, Norveç - İngiltərə matçları keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər