İdman

Avropa çempionatı: Millimiz bir qızıl, iki gümüş qazandı

08 Jul 2026, 00:57 21 baxış
Avropa çempionatı: Millimiz bir qızıl, iki gümüş qazandı

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa çempionatı davam edir.


Axar.az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 3 üzvü fəxri kürsüyə qalxıb.


Emin Cavadlı (55 kiloqram) finalda ermənistanlı Edqar Petrosyana “tuş”la qalib gələrək Avropa çempionu olub.


Cavidan Nehmətov (77 kiloqram) həlledici görüşdə ermənistanlı Samvel Terteryana (0:4), Orxan Hacıyev (87 kiloqram) isə finalda rusiyalı Mixail Şkarinə (0:10) məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə çıxıb.


Museyi-Kazım Hüseyn (130 kiloqram) bürünc medal görüşündə türkiyəli Üzeyir Bostana ilk xal prinsipinə əsasən (1:1) uduzub.

Mənbə axar.az

Oxşar Xəbərlər