İdman

Messi DÇ-də antirekorda imza atdı

07 Jul 2026, 22:02 23 baxış
Messi DÇ-də antirekorda imza atdı

Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il Dünya Çempionatında ardıcıl iki penalti zərbəsini qola çevirə bilməyib.


Axar.az xəbər verir ki, 39 yaşlı futbolçu 21-ci dəqiqədə Misirin qapısına yol tapa bilməyib.


Messi bundan əvvəl DÇ-nin qrup mərhələsinin ikinci turunda Avstriyaya qarşı (2-0) penalti zərbəsini uğurla reallaşdıra bilməyib.


Beləliklə, Messi DÇ antirekorduna imza atıb. O, penalti seriyalarını çıxmaq şərtilə, tək DÇ-də iki penaltini qola çevirə bilməyən ilk oyunçu olub.

Mənbə axar.az

Oxşar Xəbərlər