İdman

Messi iki rekorda imza atdı

07 Jul 2026, 22:31 23 baxış
Messi iki rekorda imza atdı

Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın 1/8 finalında Misirlə matçda iki rekord müəllifi olub.


Axar.az Qol.az-a istinadən xəbər verir ki, argentinalı ulduz sözügedən oyunda həm qol, həm də məhsuldar ötürmə ilə yadda qalıb.


"Opta" nəşrinin məlumatına görə, o, bununla dünya çempionatlarında vurduğu qolların sayını 21-ə çatdıraraq turnirin tarixində ən yaxşı bombardir olub. Messi bu göstəricidə Miroslav Klozeni geridə qoyub.


Messi eyni zamanda mundiallardakı məhsuldar ötürmələrinin sayını 9-a yüksəldib və dünya çempionatları tarixinin ən yaxşı ötürmə müəllifi adına yiyələnib.


Qeyd edək ki, matç Argentina yığmasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Mənbə axar.az

Oxşar Xəbərlər