İdman

Norveç millisinin bir neçə futbolçusu İngiltərə ilə oyun ərəfəsində xəstələnib

07 Jul 2026, 21:04 23 baxış
Norveç millisinin bir neçə futbolçusu İngiltərə ilə oyun ərəfəsində xəstələnib
Norveç milli komandasının baş məşqçisi Stole Solbakken 2026-cı il dünya çempionatının 1/4 finalında İngiltərəyə qarşı keçiriləcək oyun ərəfəsində komandanın bir neçə futbolçusunun xəstələndiyini bildirib. Oxu.Az xəbər verir ki, bu barədə Solbakken mətbuat konfransında danışıb. "Bəzi futbolçularda öskürək və xırıltı müşahidə olunur. Buna kondisionerlər, uçuşlar, paltardəyişmə otaqları və digər amillər səbəb olub", - deyə o qeyd edib. Qeyd edək ki, Norveç millisi 1/4 final mərhələsində iyulun 12-də İngiltərə yığması ilə qarşılaşacaq. 2026-cı il dünya çempionatı ABŞ, Meksika və Kanadada keçirilir. Turnir iyunun 11-də başlayıb və iyulun 19-da başa çatacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər