İdman

KİV: "Seltik" Kamilo Duranı "Qarabağ"dan 6,4 milyon avroya alır

07 Jul 2026, 19:42 26 baxış
KİV: "Seltik" Kamilo Duranı "Qarabağ"dan 6,4 milyon avroya alır
Şotlandiyanın "Seltik" futbol klubu "Qarabağ"ın forvardı Kamilo Duranın transferi üçün 5.5 milyon funt sterlinq (təxminən 6.4 milyon avro) ödəməyə razılaşıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Herald" nəşri məlumat yayıb. Məlumata görə, kolumbiyalı futbolçu artıq sənədləşməni rəsmiləşdirmək üçün Qlazqoya yollanıb. O, ötən mövsüm "Qarabağ"ın heyətində 15 qol vurmaqla diqqətləri üzərinə çəkib. Qeyd edək ki, "Qarabağ" kolumbiyalını ötən ilin yayında "Portimonense"dən cəmi 200 min avro (təxminən 395 min manat) müqabilində heyətinə qatmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər