Kriminal

Ağdamda minik və yük avtomobilləri toqquşdu

07 Jul 2026, 19:49 24 baxış
Ağdamda minik və yük avtomobilləri toqquşdu

Ağdamda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var.


Axar.az xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndi yaxınlığında, Uzundərə ərazisində baş verib.


Belə ki, "Toyota Prado" markalı minik avtomobili ilə "Mersedes" markalı yük avtomobili ilə toqquşub. Qəza zamanı minik avtomobilində olan sərnişin və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər