İdman
Azarkeşlərdən böyük maraq: "Qarabağ" - "Vestri" matçı üçün satılan biletlərin sayı açıqlandı
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Vestri" (İslandiya) oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub. Oxu.Az xəbər verir ki, qarşılaşma üçün hələlik 16 350 bilet satılıb. Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 15, 20, 50, 75, 100 və 150 manat təşkil edir. Qeyd edək ki, "Qarabağ" - "Vestri" görüşü iyulun 9-da, saat 20:00-da başlayacaq.
Mənbə
oxu.az