İdman
Tramp Harri Keyn ilə qolf oynadığını bildirib
ABŞ Prezidenti Donald Tramp İngiltərə millisinin hücumçusu Harri Keyn ilə qolf oynadığını bildirib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Metro" nəşri yayıb. Dövlət başçısı DÇ-2026-nın 1/8 final mərhələsi çərçivəsində keçirilən Meksika - İngiltərə (2:3) matçını izlədiyini və ingilis forvardın oyununu xüsusi vurğuladığını qeyd edib. "Harri Keyn əla oyunçudur. Bilirsiniz, mən onunla qolf oynamışam və o, mənim çox xoşuma gəlir. Keyn yaxşı qolfçudur, həqiqətən əladır", - deyə Tramp bildirib.
Mənbə
oxu.az