İdman

Lukaku Türkiyə klubuna keçə bilər

06 Jul 2026, 23:28 28 baxış
Lukaku Türkiyə klubuna keçə bilər

Belçika millisinin hücumçusu Romelu Lukaku yay transfer dövründə "Napoli"ni tərk edə bilər.


Axar.az Qol.az-a istinadən xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, Neapol təmsilçisi 33 yaşlı futbolçunu 10 milyon avroya satmağa razıdır. Bildirilir ki, futbolçu ilə Türkiyənin "Fənərbağça" və "Beşiktaş" klubları maraqlanır.


Qeyd edək ki, Lukakunun "Napoli" ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. O, ötən mövsüm zədə səbəbindən cəmi 7 oyunda meydana çıxıb və 1 qol vurub.

Mənbə axar.az

Oxşar Xəbərlər