İdman

"Qarabağ"ın avrokubok heyəti: UEFA-ya rəsmi müraciət göndərildi

06 Jul 2026, 21:36 28 baxış
"Qarabağ"ın avrokubok heyəti: UEFA-ya rəsmi müraciət göndərildi
"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Oxu.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İslandiyanın "Vestri" klubu ilə matçlar üçün ərizədə 24 futbolçunun adı yer alıb. Heyət iki siyahı üzrə bölünüb: - A siyahısı (20 futbolçu): Qapıçılar: Mateuş Koxalski, Şahrudin Məhəmmədəliyev. Müdafiəçilər: Mateus Silva, Bruno Lanqa, Dani Bolt, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Bədavi Hüseynov. Yarımmüdafiəçilər: Jali Muaddib, Marko Yankoviç, Joni Montiel, Abdullah Zubir, Kadi Borqes, Aleksey Kaşuk, Pedro Bikalyo, Samuel Lobato. Hücumçular: Zakaria Savo, Kamilo Duran, Musa Qurbanlı, Renaldo Sefas. - B siyahısı (4 futbolçu): Qapıçılar: Teymur Həsənov, Bilal Hacıyev. Yarımmüdafiəçilər: Hikmət Cəbrayılzadə, Əli Bəşirov. Xatırladaq ki, "Qarabağ" və "Vestri" komandaları arasında ilk oyun iyulun 9-da Bakıda, cavab görüşü isə iyulun 16-da İslandiyada keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər