İdman
"Sabah"ın gücünü bilirik - Harrison
"Sabah"ın gücünə bələdik.
Axar.az xəbər verir ki, bu sözləri Uelsin TNS komandasının baş məşqçisi Kreyq Harrison Çempionlar Liqasının I təsnifat mərhələsində "Sabah" ilə keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbaut konfransında deyib.
O, Bakıdan uğurlu nəticə ilə qayıtmaq istədiklərini bildirib:
"Çətin görüş olacaq. "Sabah" yerli çempionatda Avropada uğurlu mövsüm keçirən "Qarabağ"ı üstələyərək çempion olub. Rəqibin ötən mövsümdən 6-7 görüşünü izləmişik. Heyətində güclü komandalarda oynamış futbolçular yer alır".
Qeyd edək ki, "Sabah" – TNS görüşü iyulun 7-i saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq. Cavab matçı isə bir həftə sonra səfərdə keçiriləcək.
Mənbə
axar.az
Oxşar Xəbərlər