İdman
Yeni mövsümə hazırlaşan "Sumqayıt"ı kimlər sınağa çəkəcək?
"Sumqayıt"ın yay hazırlıq planı məlum olub. Oxu.Az xəbər verir ki, komanda bu gündən 2026/2027-ci il mövsümünün hazırlıqlarına start verib. İyulun 24-dək məşqlərini "SOCAR Polymer Arena"da keçirəcək "Sumqayıt" ayın 25-də Qəbələyə yola düşərək hazırlıqların ikinci mərhələsinə başlayacaq. Avqustun 8-dək davam edəcək təlim-məşq toplanışı müddətində 4 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. "Sumqayıt"ın rəqibləri aşağıdakı kimidir: - 26 iyul: "Kəpəz"; - 30 iyul: "Şamaxı"; - 3 avqust: "İmişli"; - 7 avqust: "Əl-Xaraitiyat" (Qətər).
Mənbə
oxu.az