İdman
Tramp: "FIFA-dan Baloqanın diskvalifasiyasını ləğv etməsini istədim"
ABŞ Prezidenti Donald Tramp DÇ-2026-da Birləşmiş Ştatlar millisinin hücumçusu Folarin Baloqanın diskvalifikasiyasının ləğv edilməsi üçün FIFA-ya şəxsən müraciət etdiyini təsdiqləyib. Oxu.Az bu barədə Sport24.ru-ya istinadən xəbər verir. * DÇ-2026-da qırmızı vərəqə qalmaqalı: UEFA-dan FIFA-nın Baloqanla bağlı qərarına sərt reaksiya "Mən epizoda yenidən baxılmasını xahiş etdim, çünki orada qayda pozuntusu olduğunu hesab etmirəm. Həmin epizodda nəyə görə qırmızı vərəqə verildiyini anlamıram", - deyə Tramp Ağ Evdə jurnalistlərə bildirib. Qeyd edək ki, FIFA-nın İntizam Komitəsi Baloqanın diskvalifikasiyasını şərti olaraq dayandırıb və ona DÇ-2026-nın 1/8 final mərhələsində Belçikaya qarşı keçiriləcək oyunda iştirak etməyə icazə verib.
Mənbə
oxu.az