İdman

Dambrauskas Uels çempionu ilə oyundan danışdı

06 Jul 2026, 19:06 2 baxış
Dambrauskas Uels çempionu ilə oyundan danışdı

Ümid edirəm ki bu mövsüm bizim üçün çox uğurlu alınacaq. Hazırda qarşımızda böyük məsuliyyət var. Həyəcanla oyunu gözləyirik. Avstriyada toplanış keçdik. Azarkeşləri stadiona çağırıram. Nəticəni demirik, amma əlimizdən gələni edəcəyik.


Axar.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində TNS (Uels) ilə oyundan öncə mətbuat konfransında deyib.


"Toplanış zamanı güclü rəqiblərlə qarşılaşdıq. Oyunçular istədiyimiz formaya yaxındırlar. Çox yaxşı hazırlaşmışıq. Düşünürəm k,i bir addım daha irəlidəyik.


TNS təcrübəli komandadır. Hər oyuna qələbə üçün çıxırlar. Ötən mövsüm rəqiblərini 20 xal qabaqlayıb çempion olublar. Ona görə də öz oyunumuz haqqında düşünməli, matça ciddi yanaşmalıyıq", - Dambrauskas vurğulayıb.


Qeyd edək ki, "Sabah" - TNS görüşü iyulun 7-də "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 14-də Uelsdə baş tutacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər