İdman
"Monako" Felipe Luisə tapşırıldı
"Monako" klubunun baş məşqçisi vəzifəsinə braziliyalı Filipe Luis gətirilib. Oxu.Az xəbər verir ki, bu barədə rəsmi məlumatı "Monako"nun mətbuat xidməti yayıb. 40 yaşlı mütəxəssislə bağlanmış yeni müqavilənin müddəti 2028-ci ilin iyun ayınadək nəzərdə tutulub. Filipe Luis 2024-cü ilin oktyabrından 2026-cı ilin martına qədər Braziliyanın "Flamenqo" komandasına rəhbərlik edib. Onun baş məşqçiliyi dövründə klub ölkə çempionu adını qazanıb, həmçinin Libertadores Kubokuna, Braziliya Kubokuna və Superkubokuna sahib çıxıb. Qeyd edək ki, Braziliya millisinin sabiq üzvü futbolçu karyerasında "Atletiko Madrid", "Deportivo", "Çelsi", "Flamenqo" kimi klublarda çıxış edib.
Mənbə
oxu.az