İdman

"Sabah"ın baş məşqçisi: "Oyunçularımız mən istəyən səviyyəyə yaxındırlar"

06 Jul 2026, 17:32 2 baxış
"Sabah"ın baş məşqçisi: "Oyunçularımız mən istəyən səviyyəyə yaxındırlar"
"Yeni futbol mövsümünün başlaması münasibətilə hər kəsi təbrik edirəm". Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sabah" - TNS (Uels) oyunundan öncə təmsilçimizin baş məşqçisi Valdas Dambrauskas deyib. O bildirib ki, qarşımızda çox böyük bir məsuliyyət var: "Biz Azərbaycanı Avropada təmsil edəcəyik. Bu, böyük bir şərəfdir. İki həftə Avstriyada təlim-məşq toplanışı keçirdik. Komandanın hazırlıq səviyyəsi yaxşıdır. Nəticəni biz seçə bilmərik, amma sabah meydanda əlimizdən gələni edəcəyik. Mən deyə bilərəm ki, biz təlim-məşq toplanışlarında güclü rəqiblərlə qarşılaşdıq. Bu günə qədər 21 məşqimiz olub. Ümumi götürsək, oyunçularımız mən istəyən səviyyəyə yaxındırlar. Yəni transferlərin komandaya adaptasiya olması üçün çalışırıq. Əgər biz keçən mövsümlə bu mövsümü müqayisə etsək, düşünürəm ki, klub olaraq bir addım daha qabaqdayıq". Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Bank Respublika Arena"da keçiriləcək "Sabah" - TNS (Uels) oyunu sabah saat 20:00-da start götürəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər