İdman
Valdas Dambrauskas: "TNS çox təcrübəli komandadır"
"TNS çox təcrübəli komandadır". Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sabah" - TNS (Uels) oyunundan öncə təmsilçimizin baş məşqçisi Valdas Dambrauskas deyib. O bildirib ki, Uels təmsilçisi rəqiblərini 20 xal qabaqlayaraq ölkə çempionu olublar: "Rəqibdəki bəzi futbolçular uzun müddətdir komandadırlar. Onların çox təcrübəli oyunçular var ki, hər bir səhvi qolla nəticələndirə bilirlər. Ümumilikdə onlar hər oyuna qələbə üçün çıxırlar. Lakin biz rəqibə deyil öz oyunumuza baxmalıyıq. Biz 100 faizimizdən də artığını ortaya qoymalıyıq və rəqibə qarşı oyunda əsl çempion kimi davranmalıyıq". Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Bank Respublika Arena"da keçiriləcək "Sabah" - TNS (Uels) oyunu sabah saat 20:00-da start götürəcək.
Mənbə
oxu.az