İdman
Velko Simiç: "İdeyalarımızı oyunlarda həyata keçirmək istəyirik"
"Biz çox yaxşı təlim-məşq toplanışı keçmişik". Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sabah" - TNS (Uels) oyunundan öncə "Sabah"ın futbolçusu Velko Simiç deyib. O bildirib ki, yoldaşlıq oyunundakı nəticələr onların oyununa təsir etməyəcək: "İdeyalarımızı oyunlarda həyata keçirmək istəyirik. Öz oyunumuz barədə düşünürük. Fikrimcə, oyuna tam hazırıq"". Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Bank Respublika Arena"da keçiriləcək "Sabah" - TNS (Uels) oyunu sabah saat 20:00-da start götürəcək.
Mənbə
oxu.az