Digər
Vahid Rusiya Partiyası Kadırovu namizəd göstərdi
Vahid Rusiya Partiyası qarşıdan gələn seçkilərdə Ramzan Kadırovun Çeçenistanın rəhbəri vəzifəsinə namizədliyini irəli sürüb.
Axar.az xəbər verir ki, bu barədə qərar Qroznıda keçirilən Vahid Rusiya regional bölməsinin konfransında elan edilib.
Qeyd edək ki, daha əvvəl Kadırovun adının Vahid Rusiya Partiyasının namizədləri arasında yer almayacağı ilə bağlı məlumat yayılmışdı.
Xatırladaq ki, Kadırov 2007-ci ilin aprel ayından Çeçenistana rəhbərlik edir.
Mənbə
axar.az